Masazır qəsəbəsində əlverişli və sakit ərazidə yerləşən mənzil satışdadır. Ev 2 sot torpaq sahəsində inşa olunub, ümumi sahəsi 120 kv.m-dir. Həyəti geniş, səliqəli və tametlə döşənib.
Mənzil 4 otaqdan ibarətdir. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub: divarlar zövqlə oboylanıb, döşəmə laminatdır və ümumi interyer çox gözəl uyğunlaşır. Qaz, su və işıq daimidir.
Evin yerləşdiyi küçənin hər iki tərəfindən 569 və 525 nömrəli marşrut xətləri keçir ki, bu da nəqliyyat baxımından böyük üstünlükdür.
Ətraf infrastrukturu çox əlverişlidir — yaxınlıqda məktəb, marketlər, futbol stadionları, idman zalları, restoranlar və digər iaşə obyektləri mövcuddur.
Sənədi paket kupçadır.
Əlavə olaraq, ilkin ödəniş 70,000 AZN olmaqla daxili kredit imkanı da mövcuddur.