Abdülvahab Salamzadə küçəsində, Qələbə dairəsi və Baku Mall yaxınlığında, Tbilisi prospektinə çox yaxın ərazidə, Yasamal Polis İdarəsinin yanında yerləşən Bravo marketin üstündəki binada 2 otaqlı mənzil kirayə təklif edilir.
Mənzil 18 mərtəbəli tam yaşayışlı binanın 13-cü mərtəbəsində yerləşir. Tam təmirlidir, əşyalıdır və rahat yaşayış üçün bütün şəraitlə təmin olunub. Mənzildə isti pol, döşəmə parket, kombi istilik sistemi və kondisioner mövcuddur. Bina kupçalıdır və şəhərə gözəl mənzərəsi var.
Bina İnşaatçılar metrosuna 4-5 dəqiqəlik məsafədə yerləşir. Ətrafında market, polis idarəsi, ticarət mərkəzi, nəqliyyat dayanacaqları, iaşə obyektləri və gündəlik yaşayış üçün lazım olan bütün infrastruktur mövcuddur.